Təcrübə səfəri!

04.10.2024-cü il tarixində Xəzər rayon, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin Peşə Təmayüllü 11P sinif şagirdlərinin növbəti təcrübə səfəri təşkil olunub. Şagirdlərimiz Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar. Səfərin təşkili edilməsində əsas məqsəd şagirdlərin potensial iş emalatxanaları ilə tanış olması və ixtisaslara bağlı real iş mühitini görməkdir. Şagirdlər kiçik qruplarla bölünərək iş prosesi ilə yaxından tanış olublar. Sonda xatirə şəkilləri çəkilib.