Birinci sinif şagirdləri ilə "Kern- Yerasek" testi keçirildi

H.Z.Tağıyev adına 123saylı tam orta məktəbin psixoloqu Aygün Əsgərova 1-ci sinif şagirdlərinin məktəbə psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi məqsədi ilə "Kern-Yerasek" testi keçirdi.Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun olaraq insan şəklinin çəkilməsi, nöqtələrin və cümlənin düzgün köçrulməsi bacarıqları yoxlanıldı. Testin keçrilməsində əsas məqsəd şagirdlərin intellektual bilik səviyyəsini yoxlayaraq təlimdə geri qalan uşaqların sayını müəyyənləşdirmək və onlarla qrup və ya fərdi şəkildə psixokorreksiya işlərini apararaq bilik səviyyəsini yüksəltməkdən ibarətdir.