“Çanaqqala ziyarəti”i sona çatdı

Məlum oduğu kimi, bu yaxınlarda Çanaqqala zəfərinin 100 illiyi münasibətilə Türkiyədə keçirilən tədbirlərdə Azərbaycandan daha çox insanın iştirakını təmin emək məqsədilə, Türkiyə Respublikası Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən “Çanaqqala ziyarəti proqram” tərtib edilmişdir. Adı çəkilən proqram çərçivəsində, 20-27 aprel 2015-ci il tarixləri arasında Azərbaycandan bir qrup şagird və müəllimin də Çanaqqala vilayətini ziyarət etmələri təşkil olunmuşdur.Qeyd edək ki, bu münasibətlə aprelin 20-də TİKA-nın dəstəyilə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən Türkiyəyə ezan olunmuş Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam məktəbin 8 nəfərlik qrup heyəti artıq ziyarətdən qayıtmışdır.Olduqca maraqlı keçən səfərdə Türkiyənin bir çox tarixi yerləri ziyarət olunub. Belə ki, ilk öncə Bursada tarixi abidələrlə tanış olan ziyarətçilər proqram üzrə ayın 24-də Çanaqqala tarixi muzeyində və Çanaqqala meydanında tədbirlərdə iştirak ediblər. Çanaqqala meydanında məktəbimizin şagirdi Cahid Xudaverdiyevin “Azərbaycan-Türkiyə Çanaqqala savaşı” adlı rəsmini canlı olaraq çəkməsi tədbirdə iştirak edən hər kəsin alqışılarına səbəb olub. Bundan başq, Sultan Əhməd camesi, Orxan Qazi türbəsi, Sultaniyyə camesi, Ayasofya məbədi, Troya atı meydanı və digər tarixi yerlər ziyarət olunub.Ziyarətdə Azərbaycan-Türkiyə dostluğunu, həmrəyliyini göstərən “Çanaqqala zəfərini Qarabağa gətirək!” mövzusunda şüar səslənib. Bu da şagirdlərimizdə vətənpərvərlik, savaş, türkçülük kimi hissləri coşduraraq, onlarda Azərbaycan-Türkiyə qardaşlığının əbədi olmasına inamı daha da artırıb. Beləliklə, “Çanaqqala ziyarəti proqramı” çərçivəsində təşkil olunan bir həftəlik səfər hər bir ziyarətçinin yaddaşından heç vaxt silinməyəcək təəsüratlarla yadda qalıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi