“Çanaqqala ziyarəti”inə yola düşmək

Məlum oduğu kimi, Birinci Dünya Müharibəsi dövründə Çanaqqala döyüşündə Türk ordusunun qəhrəmancasına qələbə qazanmasının 100 illiyi bir sıra tədbirlərlə qeyd olunur. Bu münasibətlə Türkiyədə keçiriləcək tədbirlərdə Azərbaycandan daha çox insanın iştirakını təmin emək məqsədilə, Türkiyə Respublikası Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən “Çanaqqala ziyarəti proqram” tərtib edilmişdir. Adı çəkilən proqram çərçivəsində, 20-27 aprel 2015-ci il tarixləri arasında Azərbaycandan bir qrup şagird və müəllimin, 23-25 aprel 2015-ci il tarixlərində isə Azərbaycan Respublikası Milli Məclisinin deputatları və KİV nümayəndələrinin Çanaqqala vilayətini ziyarət etmələri nəzərdə tutulur.Türkiyə Respublikası Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən tərtib edilən “Çanaqqala ziyarəti proqram” ına uyğun olaraq Bakı şəhəri Təhsil İdarəsinin tabeliyində olan Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam məktəbin direktoru Səba Həsənova başda olmaqla, 8 nəfərdən ibarət müəllim-şagird kollektivi də bu tədbirlərə qoşulub. Qeyd edək ki, tədbirə qoşulan şagirdlər məktəbin təhsil və xüsusi istedad baxımından fərqlənən ən fəal şagirdləridir.Bu gün 123 saylı məktəbin həmin kollektivi Türkiyəyə yola düşür..Yola düşməzdən ilk öncə bir qrup müəllim-şagird kollektivi məktəbin həyətində yerləşən iki türk şəhidinin məzarını ziyarət etdilər, məzarların önünə gül dəstələri qoydular.Ziyarət Şəhidlər Xiyabanında davam etdirildi. Şagirdlər Çanaqqala döyüşündə şəhid olmuş həmvətənlərimizin məzarına tökmək üçün torpaq da götürdülər.Ziyarətçilərimizə uğurlu yol arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi