27 Sentyabr-Anım Günü

    Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!Bir-birindən qəhrəman, bir-birindən yaraşıqlı şəhid qardaşlarımız! Sizləri heç bir söz vəsf edə bilməz. Sizlər ölümün gözünə dik baxaraq Vətən yolunda canınızdan keçdiniz.

Bu qəhrəmanlardan biri də H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin məzunu Ceyhun Nəhmətovdur. Bu gün məktəbimizin bir qrup müəllim və şagird kollektivi onun adına ucaldılmış "Şəhid Bulağı"nı ziyarət etdilər. Onun abidəsi üzərinə tər çiçəklər düzdülər, ruhuna dualar oxudular. Vətən yolunda canlarından keçən şəhidlər bir ölər, min dirilər, ruhunuz qarşısında baş əyirik!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi