Hər işimiz sizin adınızla bağlıdır, şəhid qardaşım

27 Sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq, iradəmizin güclü təməli hərbi siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəsinliklə dediyi şərəfli bir tarixdir. Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 27.09.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin idman müəllimləri və şagirdləri rayonumuzun şəhidləri adına ucaldılmış abidə-komplekslərinə velosiped yürüşü təşkil etdilər. Qarabağın göylərindən cənnətə yol salanlar ruhunuz şad olsun. Sizin canınız və qanınız bahasına bu Vətən bütöv oldu. Azərbaycan kimi müqəddəs və əbədisiniz!