7 aprel-Ümumdünya Sağlamlıq Günü

Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 7 aprel-Ümumdünya Sağlamlıq Günü qeyd olundu7 aprel 2015 ci il tarixində keçirilən tədbir Eko-Aləm İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Uşaqlarla sağlam həyat tərzi keçirmələri üçün təşviqat kampaniyasinin aparılmasi” layihəsi çərçivəsində təşkil olunmuşdu.Eko-Aləm İB-nin sədri Sevil Yüzbaşova uşaqlara Ümumdunya Sağlamlıq Gününün tarixi və əhəmiyyəti barədə məlumat vermişdir. Bu məlumatlardan sonra uşaqlarla disskusiya keçirilmişdir. Sağlamlıqla bağlı öz fikirlərini bildirən uşaqlar sağlam həyat tərzinin təkcə özündən, öz evinin təmizliyindən ibarət olmadığını, ətraf mühitə qarşı diqqətli olmağın vacibliyinə bir daha əminliklərini bildirmişlər. Tədbirin məqsədi uşaqların sağlam böyümələrinə və inkişafına yardım etməklə yanaşı, onların diqqətini müasir dünyada qlobal bir problem olan ətraf mühit çirklənmələri haqqında biliklər veməklə onların məlumatlılıq səviyyəsini artırmaq idi.Məktəbin direktoru Səba Həsənova tədbirin işində fəal iştirak edərək öz bilik və bacarıqları ilə hər kəsə dəstək göstərirdi. Dərs hissə müdiri Könül Cəfərova, müəllimlərdən Zülfiyyə Niftaliyeva, Xəyalə Həsənova, Məlahət Allahverdiyeva, tibb bacısı Arifə Sultanova, psixoloq Aygün Əsgərova, Eko-Aləm İB-nin təsisçisi Eldar Cəbrayılov və başqaları da öz fikirlərini bildirdilər.Sonda Sevil Yüzbaşova adı çəkilən layihə çərçivəsində nəzərdə tutulan novbəti ekoloji maarifləndirici tədbirlərin də Xəzər rayonu H.Z.Tagıyev adına 123 saylı tam orta məktəbin şagirdləri ilə həyata keçiriləcəyini iştirakçıların nəzərinə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi