Milli mənəvi sərvətimiz

H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə “Milli mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilmişdir. IIIa sinif şagirdləri, müəllimləri Cəfərova Şahnaz və valideynləri ilə birgə hazırladıqları səhnəciklər, mahnılar, muğamlar, rəqslər qonaqları və tədbir iştirakçıları valeh etdi.Milli Azərbaycan Tarixi Muzeyinin “Elmi maarif” şöbəsini aparıcı elmi işçisi memarlıq üzrə fəlsəfə doktoru Yusifova Nardanə xanım,Mərdəkan bələdiyyəsinin hüquq məsələləri üzrə daimi komissiyasının sədri İsrafilova Ramilə xanım,Mərdəkan bələdiyyə sədrinin müavini Əhmədova Jalə xanım, Xəzər rayon 183 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Şəlalə xanım və həmin məktəbin ibtidai sinif müəllimi Xəlilova Rübabə xanım milli mənəvi sərvətimiz,elmimiz,xeyirxahlıq hisslərimiz, xalqının maariflənməsi və rifahı üçün böyük işlər görən insanların əməlləri haqqında çıxışlar etdilər, şagirdlərə öz tövsiyələrini söylədilər.Məktəbin direktoru Həsənova Səba xanım, tərbiyə işləri üzrə direktor müavini Gülnarə xanım və məktəbin psixoloqu Əsgərova Aygün xanım tədbirdə iştirak edən qonaqlara və tədbir iştirakçılarına təşəkkür etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi