Bullinq nədir və ondan necə qorunaq?

Son zamanlar dünyanın bütün ölkələrində, təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir.
Şagirdlər arasında bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə 24.09.2024-cü il tarixdə 6c,7a sinif şagirdlərilə məktəbin psixoloqu Aygün Əsgərova və UBTR Şəfa Orucova "Bullinq nədir və ondan necə qorunaq" mövzusunda maarifləndirici seminar təşkil etdilər.
Seminarın keçrilməsində əsas məqsəd məktəb şagirdlərini bullinq davranışları ilə tanış etmək və onun qarşısını almaqla şagirdlərə dəstək olmaqdan ibarət oldu.