Valideyn-məktəb əməkdaşlığı

Tədqiqatlar göstərir ki,valideyn-məktəb arasında sıx əlaqələrin qurulması daha yaxşı şagird davranışı, yüksək akademik nailiyyətlər və təkmilləşdirilmiş sosial bacarıqlar üçün vacibdir.
Valideyn-məktəb arasında güclü əlaqənin qurulması bir neçə yolla əldə edilə bilər. Bu zaman effektiv ünsiyyət,davamlılıq,düzgün komunikasiya kanallarının seçilməsi köməyə çatır.
Valideynlərin təhsil və tərbiyədə rolu həmişə aktual olub. İndi isə daha vacib sayılır və yeni forma alır. Onların səriştələndirilməsi, özlərinin pedaqoji bacarıqlarına inanmaları, təhsil və tərbiyənin vacib prinsiplərini mənimsəməsi, təhsil prosesinin ayrılmaz hissəsinə çevrilməsi çağımızda vacib məqsədə çevrilmişdir.
Bu məqsədlə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə valideyn-məktəb əməkdaşlığına həsr olunmuş silsilə tədbirlərə start verilib.