"AİLƏM VƏ MƏKTƏBİM"

    Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinə uyğun olaraq "Ailəm və məktəbim" layihəsinə yenidən start verildi. Bu münasibətlə 03.06.2024-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə valideynlər üçün "Açıq qapı"günü təşkil edildi. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsasları üzərində, qarşılıqlı hörmət vəəməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin əxlaqi şüurunun formalaşmasına bilik və bacarıqlarını inkişaf etdirməsinə töhvə verir. Bu baxımdan valideyinlər bu tədbirdə iştirak etməklə övladlarının təhsil aldığı təhsil müəssisəsi ilə daha yaxından tanış olur, məktəbin tədris resursları və məktəbdə həyata keçirilən layihələr haqqında məlumatlar alır, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşməsi istiqamətində rəy və təkliflər əldə edir, pedaqoji heyət ilə ünsiyyət yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi