Müəllimlərin Etik Davranış Qaydaları

    Bildiyimiz kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 May 2024-cü il KQ-07 qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilmişdir.Bu Qaydalar təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini,habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Bu qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar,sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına,  maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Bu məqsədlə 04.06.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Müəllimlərin etik davranış qaydalarının təhlili aparıldı. İclasda məktəbin direktoru Sevinc Mustafayeva çıxış etdi, verilən sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi