Korrupsiyaya qarşı mübarizə

    Bildiyiniz kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il KQ-07 nömrəli qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilmişdir. Məktəblərdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində maarifləndirici tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində məqsəd təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılmasıdır. H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə keçirilən tədbirdə məktəbimizin pedaqoji kollektivi iştirak etdi. Tədbir zamanı korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər,korrupsiya ilə mübarizənin tətbiqi məsələləri barədə söhbət açıldı. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə,bəxşiş, ödəniş və s.tələb və ya qəbul etməməlidir. Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını təmin etməlidir. Cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparmalıyıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi