Ən sevdiyim kitab

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 4c sinf şagirdi Tahirzadə Cəmilə sinifdə öz dərslərini oxumaqla yanaşı bədii ədəbiyyatı, ümumiyyətlə mütaliə etməyi çox sevir. Cəmilə kitabxananın fəxri şagirdidir. Mütəmadi olaraq müxtəlif mövzuda kitabları oxumaq, onları təhlil etmək, yazılanları dəyərləndirib nəticə çıxarmaq kimi vərdişləri ilə öz həmyaşıdlarına da nümunə olmuşdur. Bu nöqteyi-nəzərdən "Mənim kitabxanam" layihəsi çərçivəsində "Ən sevdiyim kitab" müsabiqəsinin qalibi olmuşdur.