"Let's be well together" etwinning layihəsini uğurla tamamladıq

Məktəbimizdə bu il iki etwinning layihəsi var idi. Bunlardan biri ingilis dili müəllimimiz olan Vəfa Salehovanın iştirakçısı olduğu "Let's be well together" layihəsidir.
Bu layihəyə 6d sinfinin üç şagirdi də qoşulmuşdur: Nicat Ağalarov, Məryəm Əlisəttarova və Məsumə Əliyeva.
Bu layihədə iştirak edən ölkələr arasında Azərbaycan, Türkiyə, Rumıniya və Yunanıstan nümayəndələri də vardır.
Bu layihə çərçivəsində şagirdlərimiz dərsdə öyrəndiklərindən savayı ingilis dilində təbiət və sağlıq üçün fərqindəlik yaratmağa çalışırlar. Suya qənaət, quraqlıq, idman, küçə heyvanlarına qayğı kimi bir çox vacib mövzuyla bağlı ingilis dilində Web2 alətlərindən istifadə edərək fəaliyyətlər göstərirlər və divar afişləri hazırlayaraq məktəbimizin digər şagirdlərinin də diqqətini çəkməyə çalışdılar. Layihədən dostlaşdıqları xarici məktəb şagirdləri ilə layihə bitsə də münasibətlərini davam etdirməyi düşünürlər. Dekabrdan başlanmış bu layihəni artıq may ayının sonunda yekunlaşdırdıq. Layihə rəhbərləri tərəfindən göndərilmiş şagirdlərimizin sertifikatlarını canlı təqdim etdik. Növbəti addım olaraq Avropa nişanı müraciəti üçün hazırlaşırıq.
Bizim ölkədən əlavə Türkiyə Rumıniya və Yunanıstan nümayəndələri də bu layihə iştirakçıları kimi keyfiyyət nişanı üçün müraciət edəcəklər.