Təbiəti qoruyaq

Vətənimizin zəngin təbiəti,fauna və florasını qorumaq bizim borcumuzdur.Bu gün hər bir Azərbaycan övladı ətraf mühitə qoruyucu nəzərlərlə baxmalı,təbiətdən zövq almalı,ana yurdun təbiətinin keşiyində dayanmalıdır. Bütün bunları nəzərə alaraq məhz təbiətin oyandığı bu günlərdə 27.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Məlahət Kərimli 5b,5c,5d sinif şagirdləri ilə məktəbin həyətində açıq havada dərs keçdi. Açıq havadakı dərsdə şagirdlərə bildirildi ki,doğma yurdumuzun təbiətini sevmək,ona övlad məhəbbəti bəsləmək bizim müqəddəs borcumuzdur.