Biz gələcəyin əsgərləriyik.

27 may 2024-cü il tarixdə H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə    28 May Müstəqillik Gününə həsr edilmiş “Biz gələcəyin əsgərləriyik” hərbi vətənpərvərlik mövzusunda Xa, b, p sinif şagirdləri arasında hərbi və coğrafi biliklərə əsaslanan yarış keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səslənəndən sonra məktəbin direktoru Sevinc Mustafayeva tədbir iştirakçılarını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib və tədbiri açıq elan etdi. Hərbi rəhbər Çingiz Nəbiyev hər 3 sinfin komandalarının tədbirə hazır olduqlarını hərbi formada yarış komissiyasına məruzə etdi. Coğrafiya müəllimi Gülnarə Əzimova Gənclərin Çağırışa qədərki Hazırlıq fənni ilə coğrafiya fənninin bir-biri ilə inteqrasiyası nəticəsində şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması üçün təşkil olunan bu yarışın şərtləri ilə tədbir iştirakçılarını tanış etdi. Tədbirin qonaqlarını salamlayaraq onları tədbir iştirakçılarına təqdim etdi. Xəzər Rayon Səfərbərlik Xidmətinin Həqiqi Hərbi Xidmətə Çağırış şöbəsinin zabiti gizir Nərminə Heydərova və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Heydər Mirzəyev çıxış edərək şagirdlərə uğurlar dilədilər. Onlar həm də münsiflər heyyətinin üzvi kimi yarış iştirakçılarının oyunlarının qiymətləndirilməsində iştirak etdilər. Sevindirici haldır ki, tədbirdə şagirdlərin valideynləri də iştirak etdilər. Onlar övladlarının necə böyük həvəslə yarışda iştirak etdiklərini izlədilər.

Komandalar fiziki sağlamlıqlarını, hərbi bilik və bacarıqlarını nümayiş etdirməklə bərabər, həm də coğrafi biliklərin əsasında hədəfi müəyyən etmək, azimut bucağının əsasında addımlamaqla oriyentiri aşkar etdilər, qələbə bayrağını başlarının üzərinə qaldırdılar. Yarış çox gərgin keçdi. Səbrsizliklə gözlənilən nəticələr elan edildi. Nəticələrə əsasən XP sinfi I yerə, XB sinfi II yerə, XA sinfi III yerə layiq görüldü. Münsiflər heyyətinin adından məktəbin direktoru Sevinc Mustafayeva çıxış edərək qeyd etdi ki, bu gün hər 3 sinfin şagirdləri böyük əzmkarlıq göstərdilər, bizi çox sevindirdilər. Tutduqları yerdən aslı olmayaraq, tam əmin olduq ki, şagirdlərimiz gələcəkdə Vətənin müdafiəsində hər an ayıq-sayıq olan əsgər kimi, layiqli əsl vətənpərvər vətəndaş kimi böyüyürlər. Onlara gələcək təhsillərində və işlərində uğurlar diləyirik. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi