Milli Tarix Muzeyinə Ekskursiya

Ekskursiyaların təşkil olunması məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, müvafiq bilik və bacarıqlarını artırmaq, şagirdlərə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaq məqsədlərinə xidmət edir. 26.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Məlahət Kərimli 6a sinif şagirdləri ilə Milli Tarix Muzeyinə ekskursiya təşkil etdi.Şagirdlər muzey haqqında geniş məlumat topladılar. Muzeydən xoş əhval-ruhiyyə, maraqlı məlumatlar və gözəl təəssüratlarla ayrıldılar.