IX sinif şagirdlərinin valideynləri ilə görüş

16.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə valideyn iclası təşkil edildi. İclasda IX sinifdə təhsil alan şagirdlərin valideynləri iştirak etdilər. İclası təşkil etməkdə əsas məqsəd buraxılış imtahanı vermiş şagirdlərin növbəti mərhələdə seçimlərini müzakirə etmək və dəstək olmaq idi. Həm şagirdlər, həm də valideynlər müxtəlif peşə liseyləri,orta ixtisas kollecləri haqqında məlumatlandırıldı. Valideynləri maraqlandıran suallar ətraflı cavablandırıldı. Yüksək bal toplamış şagirdlər mükafatlandırıldı və xatirə şəkilləri çəkildi.