Breyn-rinq

15.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə X sinif şagirdləri arasında Breyn-rinq yarışı keçirildi.Suallar əsasən Gənclərin Çağrışaqədərki hazırlıq fənni üzrə tərtib edilmişdir. Zəfər tarixi, coğrafiya fənləri ilə inteqrasiya olunmaqla bərabər, tarixi şəxsiyyətlər və Azərbaycan kinoları haqqında olan suallara da şagirdlər ətraflı cavabları ilə hamını sevindirdilər. Yarış çox gərgin keçdi.Nəticələr münsiflər tərəfindən elan edildi.10 p sinfi l yer, 10a sinfi ll yerə ,10 b sinfi lll yerə layiq görüldü. Məktəbin direktoru Sevinc Mustafayeva şagirdləri fəxri fərmanlarla təltif etdi,onlara uğurlar dilədi.