15 May-Beynəlxalq Ailə Günü

    Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. 15 May dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu məqsədlə 15.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 15 May Beynəlxalq Ailə Günü ilə bağlı psixoloq Aygün Əsgərova, UBTR Şəfa Orucova ibtidai siniflərdə ailədaxili münasibətlərin, ailədə psixoloji iqlimin öyrənilməsi məqsədilə maarifləndirici tədbir təşkil etdilər. Ailənin milli-mənəvi xüsusiyyətləri,ailədə qarşılıqlı məsuliyyət, tərbiyə haqqında məlumat verildi. Şagirdlər mövzu ilə bağlı səhnəcik nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi