Peşəmiz gələcəyimizdir

    10.05.2024 -cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Xəzər rayon H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə təşkil edilən tədbirlər çərçivəsində Peşə Təmayüllü 10 p sinf şagirdlərinin də sərgisi keçirildi. Peşə Təmayüllü Siniflərində müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərin hazırladıqları əl işləri nümayiş etdirildi. Tədbirdə məktəbin müdiriyyəti, müəllim kollektivi və şagirdlər də iştirak etdilər. Şagirdlərin nümayiş etdirdikləri əl işləri, bəzək əşyaları, rəsmləri, "Aqronom köməkçisi" ixtisası üzrə təhsil alan şagirdlərin yetişdirdikləri məhsullar hamının marağına səbəb oldu. Göstərdikləri dəstəyə görə məktəb kollektivinə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi