Beynəlxalq Ailə Günü

    BMT-nin qərarı ilə 15 may tarixi bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunur. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini hər zaman diqqətdə saxlamışdır. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin sağlam həyat tərzinin təbliği məqsədi ilə 13.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 6b sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Dəyirmi masanı məktəbin psixoloqu Aygün Əsgərova və UBTR Şəfa Orucova təşkil etdilər. Şagirdlər mövzu ilə bağlı rəsmlər çəkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi