Heydər Əliyev və Azərbaycan təbiəti

    10 05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Heydər Əliyev və Azərbaycan təbiəti"mövzusunda çəkilmiş rəsmlərin sərgisi keçirildi. İstedadlı balaca rəssamlarımız öz əsərlərində təbiətin rəngarəngliyini göstərmək istədilər. "Heydər babanın nəvələriyik" söyləyən körpə istedadlı rəssam balalarımız böyük qürur hissi ilə Azərbaycanlı olduqları üçün fəxr etdiklərini bildirdilər. Çəkdikləri şəkilləri sərgiləməklə bərabər,bəziləri hətta bu günkü gözəl həyatı,onlar üçün quran müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər də söylədilər.Balaca istedadları hamı alqışladı.Məktəbin direktoru Sevinc Mustafayeva şagirdlərə uğurlar dilədi, onları sərgidə fəal iştiraklarına görə fəxri fərmanla təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi