“Xocalısız-25 il” adlı tədbir keçirildi

23.02.2017-ci il tarixində H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalısız-25 il” adlı tədbir keçirildi. Tədbirdə məktəbin ibtidai sinif şagirdləri 26 fevral gecəsinin dəhşətlərini, ağrı-acısını, niskilini öz ifalarında çox məharətlə əks etdirdilər.Şerlər söylənildi, səhnəciklər göstərildi. Tədbirdə Mərdəkan Bələdiyyəsi və Qəsəbə Nümayəndəliyindən Sabir Dadaşov, Jalə Əhmədova, Elçin Məmmədov, Nizami adına Mərdəkan Mədəniyyət evindən Elgün Əliyev və Afaq Bayramova da iştirak etdilər. Tədbirin sonunda məktəbin direktoru Könül Cəlilova, Zülfiyyə Sanıyeva, Gülnarə Əzimova və qonaqlar çıxışları ilə şagird və müəllim kollektivinə-xüsusən tədbirin təşkilatçıları-sinif müəllimləri Meyransa Mirzəyeva, Günay İsmayılova və Aygün Əsgərovaya öz minnətdarlıqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi