Azərbaycan tarixi və etnoqrafiyası tədbiri keçirildi

20.02.2017-ci il tarixində H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində “Mədəniyyət və incəsənət-Azərbaycan tarixi və etnoqrafiyası” mövzusunda tədbir-diskusiya keçirildi. Diskusiyanı hazırlayan məktəbin tarix müəllimi Kərimli Məlahət müəllimə tədbirin məqsəd və məramını iştirakçılara çatdırdı. Diskusiya zamanı şagirdlərin araşdırması nəticəsində olan məlumatlar və həmçinin həmin məlumatlara uyğun azsaylı xalqların musiqisi və rəqslərinin də şagirdlər tərəfindən nümayişi çox baxımlı alındı. Tədbirin təşkilində layihənin kordinatoru Əliyeva S., tarix müəllimləri, Məşədibəşirzadə N., və Rzayeva S., coğrafiya müəllimi Əzimova G., ana dili və ədəbiyyat müəllimi Sanıyeva Z. müəllimlərin də böyük zəhməti olmuşdur. Məktəbin direktoru Cəlilova K. tədbir iştirakçılarına gözəl çıxışlarına görə təşəkkür etdi və fərqlənən şagirdləri fəxri fərmanla təltif etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi