Sehirli Novruz

    H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin Peşə Təmayüllü 10 p sinif şagirdləri 15.03.2024 - cü il tarixində "Sehirli Novruz" adlı sərgi -satış yarmarkası təşkil etdilər.

Xəzər rayon İcra Hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov və Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Ofeliya Məmmədzadənin də iştirak etdiyi sərgidə şagirdlərin əl işləri nümayiş olundu. "Dərzi köməkçisi" və "Aqronom köməkçisi" ixtisası üzrə təhsil alan şagirdlər əl işləri, onların hazırlanma qaydası və gələcək planları haqqında ətraflı məlumat verdilər.

Sərginin keçirilməsində əsas məqsəd şagirdlərdə yaradıcılıq qabiliyyətini və gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləməkdir.

Xalqımızın mədəni və mənəvi zənginliyinin, bolluğun, bərəkətin və yazın təcəssümü olan Novruz bayramı ərəfəsində bu tədbirin keçirilməsi gələn qonaqlarda və şagirdlərdə xoş təəssürat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi