Bullinq nədir, ondan necə qorunaq?

    Son zamanlar təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir. Bullinq -bir uşağın başqaları tərəfindən təqib olunması aqressiv davranışdır ki, məktəblərdə rast gəlinir. Başqalarına qarşı aqressiv, alçaldıcı davranışlar həmişə bir şəxsin öz nüfuzunu təsdiq etmək,əylənmək və ya hər hansı marağı naminə edir.Digər uşaqlar isə bullerin hərəkətini müşahidə edərək ya onlara məhəl qoymur,ya qəzəblənir,ya da müdaxilə etməyə çalışırlar. Bu məqsədlə 23.04.2024-cü il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu Aygün Əsgərova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Azərbaycan Respublikası Təhsil İnstitunun doktorantı Günay Məmmədzadə IV-XI sinif şagirdləri ilə "Bullinq nədir,ondan necə qorunaq?" mövzusunda seminar təşkil etdilər. Şagirdlərə anket sorğusu paylanıldı, mövzuya dair müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı. Seminarın təşkil olunmasında əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi