Məktəbimizdə maarifləndirmə tədbirləri davam etdirilir

    14.03.2024-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirildi. Tədbir Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən təşkil olundu.

    Tədbirdə "Yanğın təhlükəsizliyi qaydalarına riayət edin", "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112-qaynar xətti" nə nə vaxt zəng etməli?", "Zəlzələ zamanı davranış qaydaları" mövzularında geniş məlumat verildi, slaydlar nümayiş olundu.

    Bundan başqa, şagirdlərə yanğın təhlükəsizliyi qaydaları, dəm qazından zəhərlənmə baş verdikdə nə etmək lazım olduğu haqqında ətraflı məlumatlar verildi.

    Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi