Səttar Bəhlulzadənin ev muzeyinə ekskursiya

    01.03.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin bir qrup şagirdi ilə Əzimova Gülnarə müəllimə, görkəmli Azərbaycan rəssamı, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadənin ev muzeyini ziyarət etdilər. Doğma Azərbaycanın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam, bir çox təbiət mənzərələri yaradıb.115 yaşı bu il tamam olan rəssam Dövlət statuslu muzeylərdə yüz əlliyə yaxın rəngkarlıq, 200-ə qədər qrafik işi var, 600-a qədər müxtəlif ölçülü tabloları var. Gənc rəssamlar muzeydəki eksponatlarla tanış oldular. Muzeydəki rəsm əsərləri şagirdlərdə böyük maraq oyatdı. Gülnarə müəllimə bu rəsmlərin şagirdlərin gələcəkdə bir rəssam kimi formalaşmasında böyük rol oynayacağına tam əmin olduğunu söylədi. Muzeyin gündəliyində o, muzey əməkdaşlarına təşəkkürünü bildirdi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi