Uğur qazanan idmançı şagirdlərimiz

    Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixi çox qədimdir, xalqın mədəniyyəti ilə çox bağlıdır.

Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən hər il bu gün "Bədən Tərbiyəsi və İdman Günü" kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Bütün bu uğurlar onu göstərir ki ,Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır.

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də idmançı şagirdlərimiz öz uğurları ilə yenə də hər kəsi sevindirir.

04.03.2024-cü il tarixdə ölkədaxili bə beynəlxalq yarışlarda uğur qazanan, nailiyyətləri olan idmançı şagirdlərimizlə görüş oldu. Görüş çox səmərəli və maraqlı keçdi. Şagirdlər məşğul olduqları idman növləri haqqında məlumat verərək özlərini təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi