Təcrübə səfəri

    01.03.24 tarixində Peşə Təmayüllü siniflərin "Təcrübə səfəri" çərçivəsində Xəzər rayon H.Z.Tağıyev adına 123 nömrəli və 181 nömrəli tam orta məktəbin peşə təmayüllü 10p sinif şagirdləri Bamod Azərbaycan brendi, tikiş evində təcrübə səfərində oldular. Hər iki məktəbin "Dərzi köməkçisi" ixtisası üzrə təhsil alan şagirdlərinin reallaşdırdığı səfərin məqsədi əməkdaşlıq, təcrübə qazanmaq və seçdikləri peşənin gələcək perspektivlərini əyani olaraq görmək idi. Şagirdlər tikiş evinin maddi texniki bazası və emalatxanaları ilə yaxından tanış oldular, peşəkar mütəxəssislərin təcrübəsindən yararlandılar.

Qrup rəhbəri: Hüseynova Sevil

İxtisas müəllimi: Quliyeva Fəcranə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi