İməcilik

123 saylı məktəbdə iməcilik keçirilmişdirMəlum olduğu kimi, Təhsil naziri Mikayıl Cabbarov tərəfindən faşizm üzərində qələbənin 70 illiyi və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində iməcilik keçirilməsi məqsədilə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinə ünvanlanmış telefonoqrama imzalayıb. Müəllim, şagird və texniki işçilərin iştirakı ilə 09.05.2015-ci il tarixində keçiriləcək iməciliklərdə təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq, təmizlik işlərinin görülməsi nəzərdə tutulub. Bu məqsədlə 09 may 2015-ci il tarixində H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə müəllim və şagird kollektivinin birgə iştirak etdiyi iməcilik keçirilmişdir. Məktəb daxilində, sinif otaqları, dəhliz və digər yerlərdə təmizlik işləri aparılmışdır. Şagirdlərin digər qismi məktəbin həyətində xeyli gül əkmiş və müxtəlif təmizlik, yaşıllıq işləri görmüşlər. Qeyd edək ki, bu cür tədbirlər uşaqlarda təbiətə, ətraf mühitə diqqət və qayğının daha da artırılmasına səbəb olur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi