"Rəngli dünyamız" rəsm müsabiqəsi

123 saylı məktəbdə “Rəngli dünyamız”rəsm müsabiqəsi keçirilmişdir09 may 2015-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə ümummilli lider H.Əliyevin 92-ci ildönümü münasibətilə “Rəngli dünyamız” Rəsm müsabiqəsi keçirilmişdir. Məktəbin həyətində baş tutan müsabiqədə şagirdlərə verilən vaxt ərzində öz rəsmlərini çəkdilər. Əsasən, sulu boya və karandaşdan istifadə etməklə, daha çox təbiət, gül rəsmlərinə üstünlük verildi. Müəllimlərdən ibarət olan münsiflər heyətinin və müsabiqənin təşkilatçısı XI sinif şagirdi, rəssam Cavid Xudaverdiyevin rəyləri nəticəsində iştirakçıların layiq olduqları yerlər müəyyənləşdirildi.Belə ki, V, VI, VII və VIII sinif şagirdlərinin iştirak etdiyi müsabiqədə I yerə Rəna, II yerə Fidan, III yerə Nərmin və Mina layiq görüldülər. Yerdə qalan iştirakçılardan Həsənağa, Çiçək, Aynur, Səma, Göyərçin həvəsləndirici yerləri qazandılar. Qaliblərə məktəbin direktoru Səba Həsənova tərəfindən diplom və müxtəlif hədiyyələr təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi