Mir Cəlalın "Aqil" hekayəsinin müzakirəsi

    Tərbiyə problemi, ata-oğul, baba-nəvə münasibətləri Mir Cəlalın yaradıcılığında xüsusi yer tutur. Ağıllı, namuslu, mərd övlad, həqiqi vətəndaş böyütmək haqqında düşünən, zəhmət çəkən, yollar axtaran ata-anaları, baba-nənələri, müəllim-tərbiyəçiləri sənətkar məharətlə təsvir edir, çox vaxt onların yaddaqalan maraqlı surətlərini yaradırdı. 

    Yazıçı Mir Cəlalın "Aqil" hekayəsində də yaddaqalan obrazlardan Murad kişi, Aqili göstərmək olar .

    Murad kişi həssas düşüncə sahibi, övladını itirsə də məgrurluğu ilə, uşaqlara qarşı coşqun sevgisi ilə seçilən yaddaqalan obrazlardan biridir, Aqil isə atası cəbhədə vəfat etdiyindən ən çox baba himayəsində qalan, gözəl tərbiyə alan, zəkası, ağlı, qanacağı ilə diqqəti cəlb edir.

    15.02.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında dil və ədəbiyyat müəllimi Vəfa Məmmədova, kitabxanaçı Nigar Süleymanova 5d sinif şagirdləri ilə     Mir Cəlalın "Aqil" hekayəsini müzakirə etdilər.

    Şagirdlər əsərin qısa məzmununu danışdılar.

  Əsərdə baş qaldırılan problem, obrazların xarakterik xüsusiyyətləri, baba-nəvə münasibətləri müzakirə edildi, əsərlə bağlı böyüklərə hörmət, tərbiyə və əxlaq barədə atalar sözləri səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi