Su həyatdır, həyatın özüdür

    Bu gün bəşəriyyəti narahat edən əsas həyati problemlərdən biri də qlobal istiləşmədir. Səhralaşma və su çatışmazlığı insanları suyun dəyərini daha çox anlamağa məcbur edir, suyun elə həyatın özü olduğunu bir daha bizə göstərir. Çünki həyatın mövcudluğunu özündə əks etdirən dörd ünsürdən biri, bəlkə də, ən vacibi də məhz sudur.

    Son illərdə dünyada, o cümlədən regionda iqlim dəyişmələrinin nəticəsində su ehtiyatları azalmağa doğru gedir. Bu, quraqlığın nəticəsidir. Quraqlıq nəticəsində buxarlanmalar artır və suda olan itkilər çoxalmağa başlayır: bütün bunları nəzərə alaraq son illərdə ölkəmizdə su ehtiyatlarının daha qənaətlə istifadəsinə yönələn tədbirlər həyata keçirilib. Sudan qənaətlə istifadə edilməsi məktəblərdə, tədris müəssisələrində kifayət qədər tədris olunub. Maarifləndirici tədbirlər də davam etdirilməlidir.

    Bu məqsədlə 14.02.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kimya müəllimi Aynurə Nəcəfova 7-ci siniflərdə kimya dərsində bu mövzuya müraciət etmiş və mövzu ilə əlaqədar şagirdlərə su ehtiyatlarından qənaətlə istifadə etmək, suları çirklənmədən qorumaq üçün müəyyən tədbirlərin görülməsi kimi tövsiyələr aşılamışdır. Çünki su həyatdır, həyatın özüdür.

    Sonda şagirdlərə bir damla suyun dəyərini bilmək, sudan qənaətlə istifadə etmək kimi lazımi tövsiyələr vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi