S.S.Axundovun əsərlərinin müzakirəsi

    Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna söykənir. Amma Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar arasında S.S.Axundovun da müstəsna xidmətləri olmuşdur.

    12.02.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında dil və ədəbiyyat müəllimi R.Şükürova,kitabxanaçı N.Süleymanova, 6c sinif şagirdləri ilə S.S.Axundovun "Əhməd və Məleykə", "Abbas və Zeynəb" əsərlərini müzakirə etdilər.

    Şagirdlər əsərlərin hər ikisinin qısa məzmununu danışdılar. Əsərlərdə oxşar və fərqli cəhətləri müzakirə etdilər. Şagirdlər əsərlərin qəhrəmanları barədə öz fikirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi