REPRODUKTİV SAĞLAMLIQ NƏDİR?

    Reproduktiv sağlamlıq dedikdə, əsasən sağlam nəsil nəzərdə tutulur. Başqa sözlə desək, reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.

    Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyil. Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir.     Yəni hər bir gənc ailədə, qadın istədiyi sayda uşaq dünyaya gətirə bilər.

   İnsan təbiətin məhsuludur. İnsan təkmilləşdikcə inkişaf edir, sağlamlığı, ilk növbədə reproduktivliyi, nəsil artırma qabiliyyəti yaxşılaşır və formalaşır. Bu sağlamlığın təməli yeniyetmə dövründə qorunub saxlanır.

   09.02.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu A.Əsgərova, UBTR Ş.Orucova və tibb bacısı, 8e sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq nədir?" mövzusunda maarifləndirici tədbir təşkil etdi. Tədbirdə şagirdlərə şəxsi gigiyena qaydaları barədə geniş məlumat verildi. Onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi