Xəzərim

    Respublikamızda neft və qaz sənayesi ilə yanaşı,balıq istehsalının su nəqliyyatının inkişafı Xəzərlə bağlıdır. Xəzərin gözəl sahil mənzərəsi, bol günəşi, qumlu çimərlikləri insanları özünə cəlb edir. Biz Xəzərin çirkləndirilməsinə yol verməməliyik. Son vaxtlar Xəzər çirklənməyə məruz qalmışdır. Neft, qazın bir hissəsi, buraya tökülən çayların çirkli suları onu son dərəcə çirkləndirmişdir. Bu isə onun canlılar aləminə mənfi təsir göstərir. Bu münasibətlə 15.01.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin biologiya müəllimi Rəsulova Bahar 7e sinif şagirdləri ilə "Xəzərim" adlı tədbir təşkil etdi. Tədbirdə 7e sinif şagirdləri bir-birindən maraqlı səhnəciklər göstərdilər. Mahnılar oxudular, şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi