Sığorta

    12.01.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin Fəaliyyət Planına uyğun olaraq "Kimya, biologiya aylığı" çərçivəsində kimya müəllimi Nəcəfova Aynurə 8b sinfində "Sığorta" mövzusunda nümunəvi dərs təşkil etdi. Sığorta mövzusu əsasında şagirdlər təqdimatlarını təqdim etdilər. Sığortanın həyatımızda əsas rolu, sığortanın növləri, sığorta şirkətləri haqqında şagirdlərə məlumatlar verildi. İlk sığorta palatası,  ilk sığorta şirkəti, onun təşkil olunduğu illər və şəhərlər vurğulandı. Həyatda gözlənilməz hadisələrdən az zərərlə çıxmağın yolları, bunun sığorta ilə əvəz olunması yolları haqqında məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi