Fəza fiqurlarının açılışı

    11.01.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Aysel rəhbəri olduğu 4b sinfində riyaziyyat fənnindən “Fəza fiqurlarının açılışı” mövzusunda açıq dərs təşkil etdi. Açıq dərsdə fəza fiqurları və onların əlamətləri yada salındı.Müəllim əyani vəsaitlərlə şagirdləri fəza fiqurları və müstəvi fiqurlar arasında əlaqə yaradaraq fəza fiqurlarının üzlərinin müstəvi fiqurlardan ibarət olduğuna istiqamətləndirdi. Mövzu izahının daha aydın olması və qavranılması üçün praktik tapşırıq verildi. Əvvəlcədən kəsilmiş fəza fiqurlarının açılış formalari şagirdlərə təqdim edildi. Şagirdlər adı çəkilmiş fəza fiqurunun açılışını tapıb və praktik olaraq onu düzəldirdilər. Sonda cütlərlə kublaşdırma üsulundan istifadə edilərək oyun keçirildi. Əvvəlcədən hazırlanmış kubun üzlərinə fəza fiqurlarının adlari yazılmışdı. Bir şagird kubu atır hansı fəza fiquru düşərsə kənarda hazır qoyulmuş müstəvi fiqurlarlar içindən uyğun olanları seçir digər yoldaşı həmin fiqurlardan fəza fiqurunun açılışını düzəldirdi. Müəllim işıqfor üsulundan istifadə edərək dərsin mənimsənilmə səviyyəsini ölçürdü. Dərsin sonunda 3,2,1 refleksiya üsulundan istifadə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi