YOL HƏRƏKƏT QAYDALARINI ÖYRƏNƏK

    Yol hərəkəti qaydaları yolda,küçədə insanların təhlükəsizliyini təmin edir,onların həyatını qoruyur. Hər bir şəxs hər gün müxtəlif yollardan istifadə edir, xüsusilə məktəblilər. Onların təhlükədən qorunmaq üçün yol hərəkəti qaydalarından xəbərdar olması mütləq vacibdir. Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinin təşkilinə dair maarifləndirmə tədbirləri hər il təşkil olunur. Tədris prosesində aşağı siniflərdən 9-cu sinifə qədər demək olar ki, hər sinifdə bu barədə dərslər keçirilir. Yol mədəniyyəti haqqında şagirdlərə müəyyən biliklər verilir, yol nişanları, yol hərəkəti qaydaları öyrədilir. Maarifləndirici videoçarxlar, qısametrajlı filmlər vasitəsi ilə məlumatlar çatdırılır. Məktəblilərə piyada zolaqlarından, işıqforun rənglərindən, yol nişanlarından necə istifadə olunması qaydaları izah edilir. Bu məqsədlə 10.01.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR-i Ş.Orucova və psixoloq A.Əsgərova 7c sinif şagirdləri ilə bu mövzuda maarifləndirici söhbət apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi