“ Qış-2017 ” şahmat üzrə təsnifat turniri

Son illər Azərbaycan gənclərinin ictimai-siyasi həyatda rolu artmaqdadır. İndi ölkə iqtisadiyyatının, siyasətinin, mənəvi həyatının elə bir sahəsi yoxdur ki, orada gənclər mühüm mövqe tutmamış olsun. Gənclərimiz fəal həyat mövqeyi tutmaqla cəmiyyəti irəliyə doğru aparan hərəkətverici qüvvəyə çevrilmişdir. Bütün bunlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinin düzgün istiqamətləndirilməsi ilə bilavasitə bağlıdır. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən etibarən hər il fevralın 2-nin Respublika Gəncləri Günü elan olunması müasir gəncliyimiz üçün stimul rolunu oynadı. Bu bayram günündə H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbin şaxmatçı şagirdlər hamımızı sevindirdi. Bakı Şəhəri üzrə “ Qış-2017 ” şaxmat üzrə təsnifat turnirində II sinif şagirdi Xudaverdiyev Hüseyn Şahin oğlu II yeri tutmuş və III dərəcəyə layiq görülərək medal ilə təltif olunmuşdur. VI b sinif şagirdi Şahverdiyev Elmurad Vasif oğlu turnirdə III dərəcə normasını ödəmişdir. II b sinif şagirdi Kərimli Kərim Kəramət oğlu, III a sinif şagirdi Haqverdiyeva Reyhanə Abdul qızı IV dərəcə normalarını ödəmişlər. Turnirdə fəal iştirakına görə IV b sinif şagirdi Məhərrəmov Murad, Bağırova Fatimə, II b sinif şagirdləri Salamzadə Mina, Həsənova Aytən. III a sinif şagirdi Dadaşzadə Zəhra, Məmmədli Leyla. I a sinif şagirdi Cəlilov Eldar. I d sinif şagirdi Əhmədov Məhəmməd diplom ilə təltif olmuşlar. Bir daha naliyyətləri olan şagirdlərimizi təbrik edirik, onlarla məşğul olan Məmmədova Nərminə müəlliməni də təbrik edir, onların simasında bütün gənclərmizə böyük nəaliyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi