“Qarabağ tarixi” mövzusunda ədəbi-bədii gecə keçirildi

H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 25.01.2017-ci il tarixdə “Qarabağ tarixi” mövzusunda ədəbi-bədii gecə keçirildi. Məktəbin direktoru Cəlilova Könül müəllimə gələn qonaqları salamladı və tədbir haqqında məlumat verdi. Qeyd etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili Dəyərə Çevirək” devizi adı altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinə qoşulan məktəbdə silsilə tədbirlər keçiriləcəkdir. İlk tədbir olan “Qarabağ tarixi” mövzusu tədbir iştirakçılarına Azərbaycanın ayrılmaz hissəsi, döyünüən ürəyi, mədəniyyətmizin beşiyi olan Qarabağın tarixini səhifələdikcə erməni qəsbkarlarının ölkəmizdə apardığı müharibənin təbiətimizə, iqtisadiyyatımıza, insanlarımıza və ən nəhayət ekologiyamıza vurduğu ziyanı layihə rəhbəri biologoiya-kimya müəlliməsi Əliyeva Sevinc, tarix müəllimləri ədəbi-bədii gecənin rəhbərləri tarix müəllimləri Məşədibəşirzadə Nüşabə və Kərimli Məlahət şagirdlərin bacarıqla çıxışlarında tam təfsilatı ilə göstərdilər. Qəhramanlıq mövzusu ilə ekoloji mövzu birləşərək gələn qonaqlarda və tədbiri izləyən şagirdlərdə böyük təəssürat yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi