Suda boğulma zamanı ilk tibbi yardım

    10.10.2023-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə uşaq və gənclərin suda boğulma zamanı davranış qaydalarına dair maarifləndirici tədbir təşkil olundu.

Bildiyiniz kimi dənizdə çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər.Çimərlikdə,su hövzələrində təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıq,suda boğulma hallarının artması ilə nəticələnir.Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar.

Məlumatlı olmaq və cəld reaksiya vermək,çətin vəziyyətlərdən asanlıqla çıxmağa,özünə və ətrafdakılara vaxtında və lazımi yardım göstərməyə imkan verir.

Məktəbin biologiya müəllimi Rəsulova Bahar suda boğulma halları haqqında şagirdləri məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi