Heydər Əliyev-Müstəqilliyimiz əbədidir mövzusunda inşa yazı müsabiqəsinin qalibləri

    Bildiyimiz kimi tariximizin şərəfli səhifələrini yazmış müdrik siyasi xadim,xalqımızın Böyük oğlu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər davam etməkdədir.

Mərdəkan bələdiyyəsi qəsəbədə yerləşən məktəblər arasında "Heydər Əliyev-Müstəqilliyimiz əbədidir" mövzusunda inşa yazı müsabiqəsi keçirdi.

06.10.2023-cü il tarixdə qəsəbə nümayəndəliyi və Mərdəkan məktəblərinin nümayəndələri ilə birlikdə yekun toplantı keçirildi.Toplantıda məktəblərarası yarışmanın qalibləri müəyyən edildi.Qalib olmuş məktəblər diplom və kuboklarla təltif olundular.

I yerin qalibi H.Z.Tağıyev adına 123 saylı tam orta məktəb,II yerin qalibi Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya,III yerin qalibi isə 183 saylı tam orta məktəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi