Şagird davranış qaydaları

    Gənc nəslin tərbiyəsinin düzgün qurulmasında ümumtəhsil məktəblərində davranış qaydalarının uşaqlara çox kiçik yaşlarda öyrədilməsinin böyük əhəmiyyəti vardır. Ailədə davranış, məktəbdə davranış, ictimai yerlərdə davranış qaydaları, əxlaq qaydaları, qohumlarla davranış qaydaları, qonşularla davranış qaydaları, ehtiyacı olanlara qayğı, nəqliyyatda davranış qaydaları, yolda davranış qaydaları, süfrə mədəniyyəti, danışıq mədəniyyəti, nəzakət qaydaları vəs. maarifləndirmə işinin təşkilində müəllimlərin və məktəbin üzərinə olduqca böyük məsuliyyət düşür. Şagirdlərin hərtərəfli, düzgün inkişaf etmiş milli-mənəvi dəyərlərə malik nümunəvi şəxsiyyət kimi tərbiyə olunması, eləcə də şagirdlərin vaxtının səmərəli işlərə yönəldilməsində davranış qaydalarına düzgün yiyələnmənin əhəmiyyəti böyükdür. Məktəbin müəllimləri bu amili hər zaman diqqət mərkəzində saxlamağa çalışırlar.

05.10.2023-cü il tarixində H Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu Ə.Aygün və UBTR O.Şəfa 6 və 7-ci siniflərdə "Şagird əxlaq və davranış qaydaları"haqqında söhbət apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi