Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir

    Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Azərbaycanda Beynəlxalq Müəllimlər günü 1993-cü ildə qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümünəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.

Hazırda dövlətimizin müstəqilliyinin mökəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimin rolu əvəzolunmazdır.

Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Müəllimlər gününə həsr olunmuş səhərcik keçirildi.Səhərcikdə biri-birindən gözəl mahnılar səsləndirildi, şeirlər söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi