Məktəbəhazırlıq qruplarının ilk dərs günü
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.
Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.
02.10.2023-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə məktəbəhazırlıq qruplarının ilk dərs günü başladı.Məktəbin direktoru S.Mustafayeva təşkilatçı müavin Z.Sanıyeva,psixoloq A.Əsgərova, UBTR Ş.Orucova və sinif müəllimləri,körpələri böyük sevgi ilə qarşıladılar, onlara məktəb həyatında böyük uğurlar arzuladılar.
Sonda körpə fidanlarımıza BŞTİ tərəfindən göndərilən hədiyyələr təqdim olundu.