Məktəb,valideyn,şagird üçbucağı

    Məktəb kontingentini həndəsi fiqurlardan üçbucaqla xarakterizə etmək olar.Bu üçbucağın bir tərəfində şagird,bir tərəfində müəllim digər tərəfində isə valideyn dayanır.Xüsusilə valideynlərlə münasibətlərin düzgün qurulması,onlarla mütəmadi əlaqə saxlanılması şagirdlərin məktəbə maraq və məsuliyyətinin artmasına səbəb olur ki,bu da birbaşa təhsilin keyfiyyətinə öz təsirini göstərir.Buna görə də məktəb kollektivi olaraq daim valideynlərin fikirlərini dinləyir və dəyərləndiririk.

Təhsilin keyfiyyətinin artırılmasında müsbət nəticə əldə etmək üçün lazım olan bütün vasitələrdən düzgün istifadə əsasdır.Biz də məktəb kollektivi olaraq hər zaman buna çalışırıq.

Bu məqsədlə 28.09.2023-cü il tarixdə bir qrup valideyni məktəbə dəvət etdik.Onlarla maarifləndirici söhbətlər aparıldı,valideynləri maraqlandıran suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi